• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    18.02.2026


  • Son müraciət tarixi

    16.05.2026


Vakansiya aktual deyil

Plastik boru zavodunun istehsalat direktoru

Sənaye və istehsalat

İşin təsviri

  • Şirkətin ümumi strategiyasına uyğun olaraq istehsalın məqsəd və vəzifələrinin müəyyən edilməsi, istehsal prosesinin təşkili və idarə olunması;
  • İstehsalın inkişafı və əməliyyatların səmərəliliyinin artırılması üzrə planların hazırlanması və icrası;
  • İstehsal fəaliyyətinə və təsdiq edilmiş planların icrasına nəzarət;
  • Problemli sahələrin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • İstehsal ehtiyatlarının (əmək, maliyyə və maddi resurslar) səmərəli idarə olunması;
  • Xərclərin azaldılması, məhsuldarlığın artırılması və istehsal dövrünün qısaldılması məqsədilə istehsal proseslərinin optimallaşdırılması;
  • Əməyin mühafizəsi, iş təhlükəsizliyi və əməliyyat standartlarına riayət olunmasına nəzarət;
  • İstehsal proseslərində keyfiyyətin artırılması üçün yeni texnologiyaların, avadanlıqların və prosedurların araşdırılması və tətbiqi;
  • Təhlil və məlumatlardan istifadə etməklə istehsalın effektivliyinin qiymətləndirilməsi və zəruri dəyişikliklərin edilməsi;
  • Avadanlıqlardan istifadənin optimallaşdırılması, iş axınının sadələşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması;
  • Kaizen, 5S və Six Sigma kimi keyfiyyət idarəetmə yanaşmalarının tətbiqi;
  • İstehsalat fəaliyyəti üzrə aylıq texniki hesabatların hazırlanması.

Tələblər

  • Ali texniki təhsil;
  • İstehsalat sahəsində minimum 5 il iş təcrübəsi;
  • İstehsal və əməliyyatların idarə olunması üzrə biliklər;
  • İstehsal proseslərinin əsas prinsipləri və anlayışlarını yaxşı səviyyədə bilməli;
  • Keyfiyyətin yaxşılaşdırılması və məhsuldarlığın artırılması üzrə müasir metodologiyalar haqqında texniki biliklər;
  • Təşəbbüskar və yenilikçi yanaşma;
  • Güclü liderlik bacarıqları;
  • Yüksək ünsiyyət və komanda ilə işləmək qabiliyyəti.

İş şərtləri

  • Peşəkar iş mühiti;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Nəqliyyat xidmətləri və nahar.