METAK HAQQINDA
Fəaliyyətə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan METAK şirkəti ölkəmizdə istehlakçıların böyük etibarını qazana bilib. Şirkətin istehsalat sexlərində 2000-ci ildən başlayaraq müxtəlif metallardan döymə məmulatlar, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulmuş tikinti işkələləri və dirəklər istehsal olunmağa başlamışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq.
METAK şirkətinin nüfuzunu istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, eləcə də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və MDB-nin digər ölkələrində aparıcı istehsalçılarla apardığı uğurlu rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın çeşiddə məhsullar təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmiş və 850 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
20 ildən artıqdır ki, mükəmməl keyfiyyət təqdim edirik
Ölkənin ən nüfuzlu
şirkətlərindənik
Müştərilərimizə hər zaman
dəyər veririk
Məhsullarımıza
zəmanət veririk
ŞİRKƏTİMİZİN TARİXÇƏSİ
-
Polimerlərin təkrar emalı 2016Balaxanı sənaye parkının 5-ci rezidenti statusu. Polimerlərin təkrar emalı, polimer xammalının və eləcə də polad boruların istehsal prosesinin başlanması.
-
Kənd təsərrüfatı 2014Kənd təsərrüfatı və intensiv bağçılıq avadanlıqlarının istehsalı və satışı.
-
Langu törəmə şirkəti 2006METAK şirkətinin törəmə müəssisənin yaradılması. Langu bağlarında intensiv bağçılıq üsülu ilə yetişdirilən ekoloji təmiz meyvələrin yerli və MDB bazarlarında satışı.
-
Plastik borular və fitinqlər 2005Plastik sexin açılması. İlk plastik boru və fitinqlərin istehsalı və satışı.
-
Qəliblər və ştamplar 2004Yeni avadanlıqların alınması ilə ilk qəliblər və ştampların istehsalına başlanması.
-
Polad fitinqlər 2002Şirkət istehsalatının genişlənməsi: ilk polad fitinqlərin istehsal olunması.
-
İlk metal məhsulların istehsalı 1999İlk metal konstruksiyaların və işkələlərin istehsalı, onların yerli tikinti bazarında satışı. Eyni zamanda, METAK şirkətinin ilk döymə məhsulların istehsal prosesinin başlanması.
-
METAK şirkətinin yaradılması 1997Şirkətin təsis olunması ilə ilk polad boruların idxalı, onların yerli və MDB bazarlarında satışı.