METAKDA İŞ

METAK şirkətinin əsas aktivi əməkdaşlarımızdır. Məhz onlar şirkətimizin indiki və gələcək uğurlarının təminatıdır. Bizi birləşdirən yalnız ümumi iş yeri deyil, həmçinin ortaq korporativ dəyərlərdir, çünki eyni ümumi nəticə üçün çalışırıq. Hər birimizin rifahının artması yalnız ümumi işimizin uğurlu olması ilə mümkündür ki, bu da bilavasitə əməkdaşlarımızın hər birinin uğurlu olmasından asılıdır. Buna görə də hər kəsin uğurunu dəstəkləyirik!

Mehriban kollektivimiz yalnız iş prosesində ünsiyyətlə məhdudlaşmır. İstirahətin düşünülmüş təşkili əməkdaşlarımız arasında birlik və həmrəyliyi təmin edən əsas amildir. Mütəmaddi olaraq şirkətin təşkil etdiyi korporativ tədbirlər əməkdaşların bir-birini daha yaxşı tanımasına və kollektivin daxilində daha sıx bağlantının yaranasına kömək edir. Sağlam həyat tərzini dəstəkləyən şirkətimiz idmansevər əməkdaşlarını da unutmur, hər il keçirilən daxili korporativ futbol çempionatları, tennis turnirləri təşkil edir, “Bakı Marafonu” “Mübarizlər”, şirkətlər arası mini-futbol turnirləri kimi idman tədbirlərində fəal iştirak edir.

Əməkdaşlarımızın peşəkar bacarıqlarının inkişafı şirkətimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə yerli və dəvət olunmuş təlimçilərin iştirakı ilə müxtəlif məzmunlu təlim və seminarlar təşkil edirik. Yeni biliklər imkanlarımızın hüdudlarını genişləndirir, fərdi və komanda inkişafına kömək edir. Mükəmməlliyə can atan, başqalarını fəal surətdə inkişaf etdirən və özləri inkişaf edən işçilərə qapımız həmişə açıqdır! Təşəbbüskarlığı və yeni fikirləri alqışlayır, öz səhvlərimizdən nəticə çıxarmağa çəkinmirik. Əməkdaşlarımızın potensialını inkişaf etdirmək üçün texnologiya, bilik və təcrübələrimizi onlarla bölüşürük; nəticədə əməkdaşlarımız şirkətin inkişafına öz töfhəsini verir və müştərilərimizin qədrini bilirlər.

Dəyərlərimiz insan şəxsiyyətinə hörmət, fərdi və korporativ məsuliyyət, zövqlərinə tam etibar etdiyimiz müştərilərimizi məmnun etməkdir. İş fəaliyyətində təşəbbüskarlıq və qətiyyətlilik nümayiş etmək sərbəst olduğu üçün peşəkarlarımız öz hərəkətlərinə görə məsuliyyəti rahat daşıya bilir. Məhz buna görə şirkətimiz müxtəlif sahələrdə parlaq nəticələrə imza atmağa davam edir.

Odur ki, vaxtınızı itirməyin – elə indi siz də gümrah komandamıza qoşulun, karyeranızı “METAK”da qurmağa başlayın!

Qeydiyyat