• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    26.02.2024


  • Son müraciət tarixi

    06.04.2024


Vakansiya aktual deyil

Prorab (İş icraçısı)

Tikinti

İşin təsviri

  • Təyin edilmiş obyektdə ( ərazidə ) işlərin aparılması layihəsinə, istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Briqadirlərin və işçi qrupunun iş fəaliyyətinin planlaşdırılmasını və koordinasiyasını təmin etmək;
  • Cədvəl və layihə tələblərinə uyğun olaraq obyektdə işləyən işçilərin istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatını keçmək;
  • Əmək, maddi və maliyyə kimi resurslardan səmərəli istifadəni təmin etmək;
  • Rəhbərlik etdiyi sahə üzrə prosesləri texniki sənədlərə və layihə həllərinə uyğun təşkil etmək;
  • Texniki sənədlərin və qanunvericiliyin tələblərinə uyğun olaraq işlərin qəbulunu, təşkilini və aparılmasını təmin etmək;
  • İstehsalat prosesində işlərin aparılmasında texnoloji ardıcılığa riayət olunmasına nəzarət etmək;
  • Briqadirlərin və işçi qrupunun idarə edilməsi və motivasiyası;
  • Rəhbərlik etdiyi sahə üzrə təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • İşçilərin təhlükəsizlik qaydaları və keyfiyyət tələbləri üzrə təlim və təlimatlandırılmasını təşkil etmək;
  • İşin təşkili və icrası, texniki və təşkilati məsələlərin həlli üzrə müvafiq şöbələr ilə qarşılıqlı əlaqəni yaratmaq;
  • Rəhbərliyə hesabatların verilməsi.


Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Liderlik və idarəetmə bacarığı;
  • İş proseslərinin təhlükəsiz və effektiv şəkildə idarə olunması bacarığı;
  • Məsuliyyətlilik və detallara diqqət;
  • Ofis proqramları ilə işləmə bacarığı;
  • Azərbaycan dilini əla səviyyədə bilməli, Rus dili arzuolunandır;
  • Autocad bilikləri arzuolunandır;
  • MS Project arzuolunandır.


İş şərtləri

  • Əmək haqqı danışıq əsasında;
  • Peşəkar iş mühiti;
  • Peşəkar və karyera yüksəlişi imkanı;
  • Tibbi sığorta;
  • Nəqliyyat xidmətləri və nahar.