• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    03.05.2024


  • Son müraciət tarixi

    14.07.2024


Vakansiya aktual deyil

Informasiya təhlükəsizliyi üzrə rəhbər

İnformasiya texnologiyaları

İşin təsviri

  • Şirkətin biznes məqsədləri və risklərin idarə edilməsi prioritetləri ilə uyğunlaşdıraraq, informasiya təhlükəsizliyi üçün strateji baxışı hazırlamaq və həyata keçirmək;
  • Təşkilatın informasiya aktivlərini qorumaq və təhlükəsizlik risklərini minimuma endirmək üçün informasiya təhlükəsizliyi siyasətlərini, standartlarını və prosedurlarını yaratmaq və tətbiq etmək;
  • Zəiflikləri müəyyən etmək, təhlükəsizlik nəzarətinin effektivliyini qiymətləndirmək və bərpa tədbirləri tövsiyə etmək üçün müntəzəm risk qiymətləndirmələri və təhlükəsizlik auditləri aparmaq;
  • Təhlükəsizlik texnologiyaları və alətlərinin, o cümlədən rəqəmsal təhlükəsizlik divarı (firewall), müdaxilənin aşkarlanması/qarşısının alınması sistemləri, son nöqtə təhlükəsizlik həlləri və idarəetmə sistemlərinin müəyyənləşdirilməsi, tətbiqi və istismarına nəzarət etmək;
  • Təhlükəsizlik hadisələrini və insidentlərini izləmək, insidentlərə cavab tədbirlərinə rəhbərlik etmək və təhlükəsizlik təhdidlərini və pozuntularını azaltmaq üçün daxili və xarici maraqlı tərəfləri koordinasiya etmək;
  • Yeni yaranan kibertəhlükəsizlik təhdidləri, tendensiyaları və texnologiyalarından xəbərdar olmaq və təşkilatın təhlükəsizlik mövqeyini gücləndirmək üçün qabaqlayıcı tədbirlərə dair strateji təlimatlar təqdim etmək;
  • Əsas təhlükəsizlik risklərini və təşəbbüslərini vurğulayaraq, təhlükəsizlik hesabatlarını, ölçüləri və tövsiyələri hazırlamaq və rəhbərə təqdim etmək.


Tələblər

  • Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi; yüksək dərəcə və ya müvafiq sertifikatlara (CISSP, CISM və s.) üstünlük verilir;
  • İnformasiya təhlükəsizliyi mühəndisliyi sahəsində həmçinin minimum 3 illik təcrübə;
  • Kibertəhlükəsizlik prinsipləri, texnologiyaları, eləcə də təhlükəsizlik dizaynı və ya əməliyyatlarında praktiki təcrübə haqqında dərin biliklər;
  • Təşkilatın fəaliyyətinə aid olan tənzimləmə tələbləri və uyğunluq mexanizmləri (məsələn, GDPR, HIPAA, PCI DSS) haqqında dərin anlayış;
  • Mürəkkəb və qeyri-müəyyən vəziyyətlərdə strateji düşünmək və məlumatlara əsaslanan qərarlar qəbul etmək bacarığı ilə güclü analitik və problem həll etmə bacarıqları;
  • Liderlik və ünsiyyət bacarıqları.


İş şərtləri

  • Peşəkar iş mühiti;
  • Peşəkar və karyera yüksəlişi imkanı;
  • Tibbi sığort;
  • Rəqabətli əmək haqqı paketi;
  • Nəqliyyat xidmətləri və nahar.