-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
28.05.2024
-
Son müraciət tarixi
30.06.2024
Vakansiya aktual deyil
Junior ERP Specialist
İnformasiya texnologiyaları
İşin təsviri
- ERP və digər müəssisə sistemlərinin tətbiqi və baxımına yardım edilməsi;
- Müxtəlif şöbələrin biznes proseslərini və tələbatlarını anlamaq üçün onlarla əməkdaşlıq edilməsi;
- ERP sistem istifadəçilərinə texniki dəstək və təlimin verilməsi;
- ERP və digər sistemlərlə bağlı problemlərin təhlili və həllində iştirak edilməsi;
- Yeni funksionallığın təhlilində, dizaynında və hazırlanmasında iştirak edilməsi;
- IT şöbəsi ilə yaxından əməkdaşlıq edərək sistemlərin kəsintisiz işləkliyinin və təhlükəsizliyinin təmin edilməsi;
- ERP proseslərinin, dəyişikliklərin və istifadəçi təlimatlarının sənədləşdirilməsi;
- Müəssisə sistemlərinin mütəmadi monitorinqi.
Tələblər
- Ali təhsil (Kompüter elmləri/mühəndisliyi, İnformasiya texnologiyaları, Sənaye mühəndisliyi və ya digər əlaqəli sahə üzrə Bakalavr dərəcəsi);
- ERP sistemləri ilə 1-2 ilə qədər təcrübə; (müvafiq staj təcrübəsi olan yeni məzunlar da nəzərə alına bilər)
- Müəssisələrdə biznes prosesləri və ERP sistemlərinin bu prosesləri necə dəstəklədiyi barədə əsas anlayışlar;
- Analitik düşüncə tərzi, detala diqqət və problemləri həll etmə bacarığı;
- Komandada çalışmaq və müxtəlif şöbələrlə effektiv əlaqə qurmaq bacarığı;
- Məlumatlar bazasının idarə edilməsi və proqramlaşdırma üzrə fundamental biliklər;
- Yenilikləri öyrənməyə açıq olmalı;
- İngilis dili biliyi (oxuma və anlama)
Tələb olunan üstünlüklər:
- Xüsusi ERP platformaları ilə təcrübə (SAP, Oracle, Microsoft Dynamics) böyük üstünlükdür;
- Proqramlaşdırma biliyinin olması;
- SQL biliyinin olması;
- Layihə idarəetmə prinsipləri barədə biliklər;
- Süni intellekt və digər texnologiyalardan istifadə edərək iş prosesini sürətləndirmək bacarığı.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.