-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
09.07.2024
-
Son müraciət tarixi
11.08.2024
Vakansiya aktual deyil
Laboratoriya üzrə mütəxəssis
Digər
İşin təsviri
- Polimer məmulatların mexaniki, fiziki və konstruktiv göstəricilərin yoxlanılması;
- Sınaqların nəticələri haqda müvafiq rəyin verilməsi;
- Uyğunsuzluqlar haqda qeydlərin aparılması və onların təhlil edilməsi;
- Laboratoriyanın idarəetmə sisteminin qurulmasında dəstəyin verilməsi;
- Gördüyü işlər haqda müvafiq hesabatların verilməsi;
- Sınaq metodikalarının hazırlanması zamanı dəstəyin verilməsi;
- Laboratoriya proseslərinə aid prosedurlarların hazırlanması zamanı dəstəyin verilməsi;
- Laborator avadanlığının düzgün istismarının həyata keçirilməsi.
Tələblər
- Kimya, fizika, mexanika sınaq laboratoriya sahəsində 2-5 il iş təcrübəsi;
- Əlaqəli sahədə bakalavr dərəcəsi, magistr dərəcəsi arzuolunandır;
- Laboratoriya avadanlıqları, sınaq metodları və təhlükəsizlik qaydaları haqqında güclü anlayış;
- Laboratoriya avadanlıqları və alətlərindən istifadə bacarığı;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- İşi ilə bağlı detallara yüksək diqqət;
- Güclü ünsiyyət bacarıqları;
- Müstəqil və komandada işləmək bacarığı.
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.