• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    09.07.2024


  • Son müraciət tarixi

    02.08.2024


Vakansiya aktual deyil

Metrologiya və sertifikasiya üzrə kiçik mütəxəssis

Digər

İşin təsviri

  • Bütün istehsal sahələrində metroloji təminat üzrə lazımi işlərin görülməsi;
  • İstismar olunan ölçmə vasitələri və sınaq avadanlıqlarına metroloji nəzarətin keçirilməsi;
  • Tələb olunan metroloji ekspertizanın aparılması;
  • Müəssisədə periodik metroloji nəzarətin keçirilməsi;
  • İstehsal sahələrində ölçmə xətalarının qiymətlərndirilməsi;
  • İstehsal olunan məhsulun keyfiyyətinin artırılması üzrə təkliflərin verilməsi;
  • Müasir ölçmə metodlarının tətbiqi üzrə təkliflərin verilməsi və tədbirlərin görülməsi;
  • İstehsal olunan bütün növ məhsullara uyğunluq sertifikatlarının alınması.


Tələblər

  • Mühəndislik, Metrologiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi, magistr dərəcəsi arzuolunandır;
  • Müvafiq sahə üzrə 1 ilə dək iş təcrübəsi;
  • Ölçmə prinsipləri, kalibrləmə üsulları və keyfiyyət standartları haqqında güclü anlayış;
  • Kalibrləmə proqram və alətlərindən istifadə bacarığı;
  • Sertifikatlaşdırma prosesinə aid qanunvericilik tələblərini bilməli;
  • Problem həll etmə bacarığı və detallara diqqət;
  • Güclü ünsiyyət bacarıqları;
  • Müstəqil və komandada işləmək bacarığı.


İş şərtləri

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.