• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    18.05.2021


  • Son müraciət tarixi

    31.07.2021


Vakansiya aktual deyil

Mühəndis-Texnoloq

Sənaye və istehsalat

İşin təsviri

• Qəlib, ştamp, tərtibat və digər məmulatların detallarının hazırlanması, onların yığılması üzrə texnoloji əməliyyatların ardıcılığını təyin etmək;

• Sexə daxil olan konstruktor sənədlər əsasında məhsulun konstruksiyasının texnoloji cəhətdən səmərəliliyini müəyyənləşdirilməsində iştirak etmək;

• Məhsulların istehsal qrafiklərinin tərtib olunmasında, mal-materialın, alət və tərtibatların sifarişində və hazır məhsulun təhvil verilməsində iştirak etmək;

• Sexdə texnoloji nizam-intizama əməl olunmasına və avadanlıqların düzgün istismarına nəzarəti həyata keçirtmək;

• Zay və aşağı keyfiyyətli məhsulların əmələ gəlmə səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün tədbirlərin işlənməsində iştirak etmək.

Tələblər

• Təhsil: Ali (ixtisas: Maşınqayırma);

• İş təcrübəsi: minimum 3-5 il (Mühəndis-texnoloq olaraq);

• Dil bilikləri: Azərbaycan, Rus.

• Texniki sənədlərlə, çizgilərlə, AutoCad proqramında işləmə bacarığı;

• Planlama qabiliyyəti, yüksək təçkilatçılıq bacarığı

• İşgüzar ünsiyyət bacarığı.

İş şərtləri

• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

• 6 günlük iş həftəsi;

• Nahar şirkət tərəfindən verilir;

• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.