• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    30.08.2024


  • Son müraciət tarixi

    15.09.2024


Metroloq-təcrübəçi

Digər

İşin təsviri

Ölkənin ən qabaqcıl şirkətlərdən birində Metrologiya üzrə təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə "METAK"ın "Təcrübə Proqramı"na müraciət et!
Təcrübə proqramı kimlərə aiddir?

• 4-cü kurs tələbələri;
• Magistr tələbələri;
• 2023/2024-cü illərin məzunları.

Təcrübə proqramı sizə nə qazandıracaq?

• Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
• Təcrübə proqramında iştiraka dair Sertifikat;
• Real iş mühiti ilə tanışlıq:
 - Bütün istehsal sahələrində metroloji təminat üzrə lazımi işlərin görülməsi;
 - İstismar olunan ölçmə vasitələri və sınaq avadanlıqlarına metroloji nəzarətin keçirilməsi;
- Tələb olunan metroloji ekspertizanın aparılması;
- Müəssisədə periodik metroloji nəzarətin keçirilməsi;
- İstehsal sahələrində ölçmə xətalarının qiymətlərndirilməsi;
- İstehsal olunan məhsulun keyfiyyətinin artırılması üzrə təkliflərin verilməsi;
- Müasir ölçmə metodlarının tətbiqi üzrə təkliflərin verilməsi və tədbirlərin görülməsi;
- İstehsal olunan bütün növ məhsullara uyğunluq sertifikatlarının alınması.

Tələblər

  • Mühəndislik, Metrologiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi, magistr dərəcəsi arzuolunandır;
  • Ölçmə prinsipləri, kalibrləmə üsulları və keyfiyyət standartları haqqında ümumi anlayış;
  • Sertifikatlaşdırma prosesinə aid qanunvericilik tələbləri haqqında ümumi biliklər;
  • Problem həll etmə bacarığı və detallara diqqət;
  • Güclü ünsiyyət bacarıqları;
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır);
  • Müstəqil və komandada işləmək bacarığı.


İş şərtləri

  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.