-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
31.08.2024
-
Son müraciət tarixi
15.09.2024
Vakansiya aktual deyil
Büdcələmə üzrə mütəxəssis
Maliyyə və audit
İşin təsviri
- Büdcə və investisiya planının hazırlanması üçün məlumatların yığılması, emalı və təhlili, büdcənin hazırlanmasında birbaşa iştirak;
- Büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə edilməsi və hesabatların aylıq olaraq hazırlanması;
- Maliyyə nəzarətinin həyata keçirilməsi üçün məlumatların yığılması və emalı, yayınmalar üzrə təhlinin aparılması və hesabatların təqdim olunması;
- Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması;
- Davamlı istehsal üzrə maya dəyəri və istehsal hesabatlarının hazırlanması, statistik yayınmaların təhlili;
- İnvestisiya və tender qiymətləndirməsi;
- Hesabatların təkmilləşdirilməsi prosesində iştirak etmək.
Tələblər
- Ali təhsil (mühasibat uçotu, iqtisadiyyat, maliyyə, audit);
- 1-3 il müvafiq iş təcrübəsi;
- Microsoft Office (Excel və PowerPoint mütləq, POWER BI arzuolunandır) proqramlarında işləmə bacarığı;
- ACCA/CFA/CİMA sertifikatlarının olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır);
- Yüksək analitik qabiliyyət, detallara fokus, kritik düşüncə tərzi və nəticə yönümlü işləmək bacarığı.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.