-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
11.09.2024
-
Son müraciət tarixi
29.09.2024
Vakansiya aktual deyil
Büdcələmə və Xərclərə Nəzarət üzrə Şöbə rəhbəri
Maliyyə və audit
İşin təsviri
- Şirkətin illik büdcəsinin hazırlanmasına rəhbərliyin edilməsi, məlumatların toplanması və təşkilati məqsədlərə uyğunluğunun təmin edilməsi üçün müxtəlif şöbələrlə əlaqələrin təmin edilməsi;
- Departamentlər arasında ardıcıllığı və dəqiqliyi təmin edərək büdcə təlimatlarının hazırlanması;
- Departamentlərin öz maliyyə məhdudiyyətləri daxilində qalmasını təmin edərək, faktiki xərcləri büdcə ilə müqayisə edilməsi;
- Fərqləri və əsas tendensiyaları vurğulayaraq yüksək rəhbərlik üçün müntəzəm büdcə performansı hesabatlarının hazırlanması;
- Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərclərin davamlı olaraq izlənilməs;.
- Keyfiyyətə və ya əməliyyat səmərəliliyinə xələl gətirmədən maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün xərclərə nəzarət tədbirlərinin həyata keçirilməsi;
- Büdcə və xərclərin şirkət siyasətlərinə və tənzimləyici tələblərə uyğun olmasını təmin etmək üçün daxili nəzarət sistemini hazırlanması və tətbiq edilməsi;
- Məhsul və xidmətlərin maya dəyərinin effektiv idarə olunması üçün metod və prosedurların hazırlanması və tətbiqi, xərclərin təhlili və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
- Məhsul, xidmət və layihələrin marjinallığının müntəzəm təhlili, marjinallığa təsir edən amillərin aşkar edilməsi və marjinallığın artırılması üçün rəhbərliyə müvafiq tövsiyələrin verilməsi;
- Xərclərin təhlili və hədəf marjinallığı əsasında rəqabətqabiliyyətliliyi və mənfəətliliyi təmin etmək məqsədilə qiymət strategiyasının hazırlanmasında iştirak edilməsi;
- Ümumi mənfəət, əməliyyat marjası və digər əsas maliyyə göstəricilərinin monitorinqi və təhlil edilməsi. Biznes mühitində baş verən dəyişikliklərə operativ reaksiya vermə;
- Rüblük, yarımillik və illik maliyyə hesabatlarının hazırlanması və İdarə Heyətinin iclasında təqdim edilməsi.
Tələblər
- Maliyyə, Mühasibat, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi. MBA və ya müvafiq sertifikatlar (məsələn,ACCA, CPA, CMA, CFA) mövcudluğu
- Büdcə tərtibi, maliyyə menecmenti və xərclərə nəzarət sahəsində 5 il iş təcrübəsi, rəhbər vəzifəsində ən azı 3il təcrübə;
- İstehsalat və ya sənaye sayəsində təcrübə;
- Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;
- Korporativ mühitdə strateji planların hazırlanması və həyata keçirilməsində təcrübə;
- Liderlik və komanda idarəetmə, komandanı ruhlandırmaq və həvəsləndirmək bacarığı;
- Əla ünsiyyət və təqdimat bacarıqları və qeyri-maliyyə maraqlı tərəflərə mürəkkəb maliyyə məlumatlarını çatdırmaq bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır);
- Maliyyə proqramları və Microsoft Office paketi (xüsusilə Excel və PowerPoint) üzrə qabaqcıl biliklər;
- Maliyyə və Layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.