-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
25.11.2024
-
Son müraciət tarixi
15.12.2024
SƏTƏM üzrə kiçik mütəxəssis
Təhlükəsizlik və SƏTƏM
İşin təsviri
- İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
- İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
- Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
- Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirilməsi.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dili və Rus dili bilikləri;
- MS office proqramlarını bilməli;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 1ilə dək iş təcrübəsi;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı.
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş spektri;
- Böyük peşəkar komanda və mehriban mühit;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- İş yeri Dərnəgül;
- Nəqliyyat və nahar.