-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
25.11.2024
-
Son müraciət tarixi
31.12.2024
Aparıcı mühasib
Maliyyə və audit
İşin təsviri
- Mühasibat umotunun müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı yerinə yetirilməsi;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirilməsi və onları hesabı emala hazırlaması;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasının tərtib edilməsi;
- İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyi üzə çıxarılması, onları xəbərdar etmək üçün təkliflərin hazırlanması;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatın hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarətin edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi.
Tələblər
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar bir sahədə ali təhsil.
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi.
- Beynəlxalq mühasibat uçotu standartları (o cümlədən IFRS – Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) haqqında biliklər;
- Beynəlxalq mühasibat uçotu standartları ilə işləmək bacarığı;
- Uyğunsuzluqları aradan qaldırmaq üçün problemləri həll etmək bacarığı;
- Maliyyə-mühasibat sənədlərin saxlanması və arxivləşdirilməsi bacarığı;
- Komunikasiya (yazmaq, danışmaq və dinləmək) bacarıqları;
- Fərdi və ya qrup (komanda) halında işləmək bacarığı;
İş şərtləri
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş spektri;
- Böyük peşəkar komanda və mehriban mühit;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- İş yeri Dərnəgül;
- Nəqliyyat və nahar.