• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    07.04.2025


  • Son müraciət tarixi

    30.04.2025


Daxili audit şöbəsinin rəhbəri

Maliyyə və audit

İşin təsviri

  • Müəssisənin daxili audit siyasətini və strategiyasını formalaşdırmaq, illik audit planlarını hazırlamaq və icrasına rəhbərlik etmək;
  • Daxili nəzarət sistemlərinin effektivliyini qiymətləndirmək və təkmilləşdirilməsinə dair tövsiyələr vermək;
  • Audit yoxlamaları əsasında risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini təşkil etmək;
  • Qanunvericiliyə uyğunluğu təmin etmək məqsədilə prosedur və siyasətlərin təhlilini aparmaq;
  • Maliyyə və əməliyyat fəaliyyətinin səmərəliliyini artırmaq üçün təkliflər hazırlamaq və rəhbərliyə hesabat vermək;
  • Daxili audit komandasının idarə olunması, fəaliyyətinin qiymətləndirilməsi və inkişaf etdirilməsi;
  • Rəhbərliyin tapşırığı ilə xüsusi audit yoxlamalarının keçirilməsi.


Tələblər

  • Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində);
  • Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək;
  • Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər;
  • Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı;
  • Yüksək səviyyədə təqdimat və hesabat hazırlama qabiliyyəti;
  • Komandaya liderlik etmə və qərarvermə bacarığı;
  • MS Office proqramlarını və audit proqram təminatlarını yaxşı bilmək;
  • CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinə sahib olmalı;
  • Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti.


İş şərtləri

  • Peşəkar iş mühiti;
  • Peşəkar və karyera yüksəlişi imkanı;
  • Tibbi sığort;
  • Rəqabətli əmək haqqı paketi;
  • Nəqliyyat xidmətləri və nahar.