-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
10.04.2025
-
Son müraciət tarixi
30.04.2025
İxrac satışları üzrə mütəxəssis
Marketinq və satış
İşin təsviri
- Xarici müştərilərdən daxil olan sifarişlərin qəbul edilməsi və email;
- Rəqib şirkətlərin fəaliyyəti və bazar trendlərinin daimi izlənməsi;
- Bazar həcminin ölçülməsi;
- Müştərilərlə yazışmaların və danışıqların aparılması;
- Xarici bazarlarda mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması;
- İxrac sənədlərinin düzgünlüyünü və vaxtında təqdim olunmasını təmin etmək;
- Sərgilərdə və xarici tədbirlərdə iştirak etmək;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər
- Ali təhsil (biznes, marketinq, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr);
- İxrac və ya beynəlxalq satış sahəsində azı 1-2 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
- MS Office və ERP proqramlarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və vaxtında tapşırıqları yerinə yetirmə bacarığı;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
- Ezamiyyət və səfərlərə açıq olmaq.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.