-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
01.05.2025
-
Son müraciət tarixi
18.05.2025
Böyük hüquqşünas
Xidmət və işə dəstək
İşin təsviri
- Şirkətin ümumi hüquqi strategiyasının formalaşdırılmasında və hüquqi siyasətlərin hazırlanaraq tətbiqində iştirak etmək;
- Mühüm müqavilələrin hazırlanması, hüquqi ekspertizasını aparmaq və kommersiya risklərini qiymətləndirmək;
- Məhkəmə proseslərinə rəhbərlik etmək, mübahisəli məsələlərdə hüquqi mövqenin hazırlanması və müdafiəsini təmin etmək;
- Yerli və beynəlxalq qanunvericiliyi sistemli şəkildə izləmək, dəyişiklikləri təhlil edərək şirkət fəaliyyətinə düzgün şəkildə inteqrasiya etmək;
- Dövlət orqanları və tənzimləyici qurumlarla strateji hüquqi yazışmaları hazırlamaq və münasibətləri idarə etmək;
- Korporativ hüquqi sənədlərin, daxili qərarların və normativ aktların qanunvericiliyə uyğunluğunu təmin etmək və nəzarət etmək;
- Şirkət daxilində hüquqi konsultasiyaların təşkili, hüquqi auditlərin keçirilməsi və nəticələr üzrə rəhbərliyə tövsiyələrin verilməsi;
- Maliyyə, insan resursları, satış və digər əsas funksional bölmələrə hüquqi müşavirlik və dəstək göstərmək;
- Kommersiya sirri və hüquqi məxfiliyin qorunmasına nəzarət etmək və bu sahədə maarifləndirmə aparmaq;
- Şirkətin rəhbərliyini hüquqi risklər, qanunvericilikdəki dəyişikliklər və potensial hüquqi imkanlar barədə məlumatlandırmaq və hüquqi strategiyalar təklif etmək;
- Zəruri hallarda hüquq şöbəsinin daha junior üzvlərinin işini yönləndirmək və onlara mentorluq etmək.
Tələblər
- Ali hüquqi təhsil (magistr dərəcəsi üstünlükdür);
- Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən mülki, əmək, vergi və korporativ hüquq sahələrində dərin bilik və təcrübə;
- Mübahisələrin həlli və məhkəmə proseslərində peşəkar təcrübə və sübut olunmuş uğurlu nəticələr;
- Korporativ hüquqi sənədlərin hazırlanması və idarə olunmasında təcrübə;
- Qanunvericilikdəki dəyişiklikləri təhlil etmək və onları biznes proseslərinə tətbiq etmək bacarığı;
- Analitik düşüncə və kompleks hüquqi məsələləri qiymətləndirmə və həll etmə qabiliyyəti;
- Müstəqil işləmə bacarığı ilə yanaşı, komanda ilə səmərəli əməkdaşlıq qurmaq bacarığı;
- Azərbaycan dilini mükəmməl, rus dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək (hüquqi sənədlərlə işləmə bacarığı);
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- MS Office proqramlarını (xüsusilə Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
- Peşəkarlıq, etik davranış və məxfilik prinsipinə sadiqlik.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.