-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
12.05.2025
-
Son müraciət tarixi
31.05.2025
İxrac satışları üzrə baş mütəxəssis
Xidmət və işə dəstək
İşin təsviri
- Xarici bazarı araşdırmaq, müştəri seqmentlərini müəyyənləşdirmək və analiz etmək;
- Xarici partnyorlar, müştərilər və distribyutorlarla əlaqələr qurmaq və davamlı ünsiyyətdə olmaq;
- İxrac üçün tələb olunan bütün sənədləri hazırlamaq və nəzarətdə saxlamaq (faktura, qablaşdırma siyahısı, mənşə sertifikatı, müqavilə şərtləri və s.);
- Beynəlxalq ticarət qaydalarına, Incoterms-ə və gömrük tələblərinə uyğunluğun təmin edilməsi;
- Logistika proseslərini (çatdırılma, gömrük rəsmiləşdirməsi və s.) izləmək və əlaqələndirmək;
- Şirkətin daxili şöbələri ilə (istehsalat, logistika, maliyyə, hüquq) sıx əməkdaşlıq etmək;
- Xarici satış prosesində maliyyə, hüquqi, logistik və bazar risklərini vaxtında müəyyənləşdirmək və uyğun qabaqlayıcı tədbirlər görmək;
- Xarici müştərilərlə qiymət siyasəti və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
- Bazar və müştəri rəyini toplayaraq təklif və məhsulların təkmilləşdirilməsinə dəstək vermək;
- Şirkəti beynəlxalq sərgilər və tədbirlərdə təmsil etmək;
- İxrac göstəriciləri və bazar tendensiyaları ilə bağlı mütəmadi hesabatlar hazırlamaq.
Tələblər
- Ali təhsil (Beynəlxalq Ticarət, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- İxrac və ya beynəlxalq satış sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Beynəlxalq ticarət qanunvericiliyi, Incoterms və gömrük prosedurları haqqında biliklər;
- Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
- Güclü ünsiyyət, danışıqlar aparma və planlaşdırma bacarıqları;
- MS Office proqramlarında və ERP sistemlərində işləmək bacarığı;
- Analitik düşüncə, diqqətlilik və nəticəyə fokuslanma;
- Müasir bazar araşdırma metodlarını və məlumat mənbələrini istifadə edərək bazar təhlili aparmaq bacarığı;
- Zərurət olduqda beynəlxalq səfərlərdə iştirak etmə imkanı;
- Səliqəli və peşəkar xarici görünüş, şirkəti layiqincə təmsil etmə bacarığı.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.