-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
02.09.2025
-
Son müraciət tarixi
28.09.2025
Xarici satınalma üzrə aparıcı mütəxəssis
Təchizat və loqistika
İşin təsviri
- Tələbnamələrə əsasən xarici bazarın araşdırılması və müqayisə olunması;
- Satınalmalar üzrə tenderlərin keçirilməsi və sənədləşmə işlərinin aparılması,
- Şirkət dəyərlərini rəhbər tutaraq satınalma proseduruna uyğun olaraq satınalma prosesini düzgün həyata keçirmək
- Satınalmalar üzrə müxtəlif hesabatların hazırlanması;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
- Gündəlik işlərin planlaşdırılması və analizi;
- Sifarişlərin proqram təminatında yerləşdirilməsi və onların izlənilməsi;
- Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili;
- İş proseslərində yaranan risklərin müəyyən edilməsi və onların azaldılması üzrə təkliflərin verilməsi;
- Satınalma proseslərinin səmərəliliyinin artırılması və davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslərin hazırlanması və icrası.
Tələblər
- Ali təhsil (Texniki sahələrə üstünlük verilir);
- İstehsalat sahəsində təcrübə (tikinti materialları, elektrik malları və ehtiyat hissələrini bilmək);
- İri həcmli satınalma layihələrində və beynəlxalq danışıqlarda təcrübə;
- Satınalma sahəsində 3 illik təcrübə;
- Əla ünsiyyət, insanlarla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Rəqəmsal alətlərdən (ERP sistemləri, analitik platformalar və s.) peşəkar istifadə bacarığı.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.