-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
14.10.2025
-
Son müraciət tarixi
03.11.2025
Sınaq laboratoriyası üzrə kiçik mütəxəssis
Sənaye və istehsalat
İşin təsviri
- Xammal və istehsal olunan məhsulların keyfiyyət göstəricilərinin təyin edilməsi;
- Müvafiq göstəricilərin normativ sənədlərdəki normalara uyğunluğunun yoxlanılması;
- Sınaq nəticələrinin qeydə alınması, protokolların, jurnalların və formaların düzgün doldurulması;
- Sınaqlarla bağlı sənədlərin arxivinin aparılması və saxlanılması;
- Normativ-texniki sənədlər, ədəbiyyat və məlumat bazalarından tələb olunan məlumatların seçilməsi və toplanması;
- Sınaq üçün nümunələrin hazırlanması (xammal və hazır məhsullardan xüsusi avadanlıqla nümunələrin kəsilməsi);
- Laboratoriya avadanlıqlarının texniki qulluq işlərinin aparılması (yoxlama, təmizləmə və s.);
- İstehsal ehtiyacları ilə əlaqədar digər tapşırıqların icrası.
Tələblər
- Təhsil: bakalavr dərəcəsi (kimya, fizika, mexanika, texnologiya və ya əlaqəli sahə üzrə);
- 1 ilə dək sınaq laboratoriyasında və ya istehsalat sahəsində iş təcrübəsi;
- Rus və ingilis dillərində texniki səviyyədə oxuma və yazma bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Yüksək diqqət və dəqiqlik, məsuliyyət və analitik düşünmə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı və intizamlı iş yanaşması.
İş şərtləri
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Əmək haqqı razılıq əsasında təyin olunur;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.