• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    06.09.2021


  • Son müraciət tarixi

    06.10.2021


Vakansiya aktual deyil

Hüquqşünas

Digər

İşin təsviri

• Məhkəmə mübahisələrinin hüquqi baxımdan həlli üçün müvafiq tədbirlərin görülməsi (iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və s.);

• Şirkəti müxtəlif qurumlarda və dövlət orqanlarında, o cümlədən məhkəmələrdə təmsil edilməsi;

• Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;

• Mülki müqavilələrin və layihələrin hazırlanması;

• Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notarial təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;

• Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;

• Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;

• Tam məxfiliyə riayət edilməsi.

Tələblər

• Ali hüquqi təhsil (kommersiya və ya korporativ  yönümlü arzuolunandır);

• İxtisas üzrə 3-5 il iş təcrübəsi;

• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;

• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;

• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);

• Dürüst, stresədavamlı, məsuliyyətli.

İş şərtləri

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;

• 5 günlük iş həftəsi;

• Nahar şirkət tərəfindən verilir;

• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

• Korporativ nömrə və telefon.