-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
09.06.2022
-
Son müraciət tarixi
30.06.2022
Vakansiya aktual deyil
Maliyyə üzrə kiçik mütəxəssis
Maliyyə və audit
İşin təsviri
- İllik büdcənin hazırlanmasında, habelə statistik/reqressiv təhlil metodlarından istifadə etməklə satış, xərc və investisiya planlarının hazırlanmasında iştirak etmək, aylıq büdcənin faktiki nəticələr ilə müqayisəli təhlilini aparmaq;
- İstehsal həcmləri və xərclərini daimi təhlil etmək, səmərəlilik göstəricilərinə nəzarət etmək və istehsal hesabatlarını hazırlamaq;
- Məsul istehsal mərkəzləri üzrə məhsulların maya dəyərini daimi hesablamaq, gəlirlik səviyyəsinin müəyyən edilmiş hədəflərdən yayınmasının səbəblərini araşdırmaq, müvafiq analitik hesabatlar hazırlamaq, məhsulun qiymət müəyyən edilməsi prosesində iştirak etmək;
- Müxtəlif maliyyə alətlərindən istifadə etməklə (NPV, İRR, Payback), investisiya layihələrinin qiymətləndirilməsində iştirak etmək.
Tələblər
- Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
- 1 ildən artıq iş təcrübəsi;
- Microsoft Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı;
- Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dilləri-yaxşı səviyyədə;
- Əldə olunan məlumatların qorunması və saxlanılması;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
- Komanda üzvü olaraq effektiv ünsiyyət qurmaq bacarığı.
İş şərtləri
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.