• Əmək haqqı

    Danışıq əsasında


  • İş yeri

    Bakı - Dərnəgül


  • Yerləşdirilib

    25.08.2022


  • Son müraciət tarixi

    19.09.2022


Vakansiya aktual deyil

Maliyyə üzrə mütəxəssis/kiçik mütəxəssis

Maliyyə və audit

İşin təsviri

  • İllik büdcənin hazırlanmasında, habelə statistik/reqressiv təhlil metodlarından istifadə etməklə satış, xərc və investisiya planlarının hazırlanmasında iştirak etmək, aylıq büdcənin faktiki nəticələr ilə müqayisəli təhlilini aparmaq;
  • İstehsal həcmləri və xərclərini daimi təhlil etmək, səmərəlilik göstəricilərinə nəzarət etmək və istehsal hesabatlarını hazırlamaq;
  • Məsul istehsal mərkəzləri üzrə məhsulların maya dəyərini daimi hesablamaq, gəlirlik səviyyəsinin müəyyən edilmiş hədəflərdən yayınmasının səbəblərini araşdırmaq, müvafiq analitik hesabatlar hazırlamaq, məhsulun qiymət müəyyən edilməsi prosesində iştirak etmək;
  • Müxtəlif maliyyə alətlərindən istifadə etməklə (NPV, İRR, Payback), investisiya layihələrinin qiymətləndirilməsində iştirak etmək.

Tələblər

  • Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
  • 1 ildən artıq iş təcrübəsi;
  • Microsoft Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dilləri-yaxşı səviyyədə;
  • Əldə olunan məlumatların qorunması və saxlanılması;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
  • Komanda üzvü olaraq effektiv ünsiyyət qurmaq bacarığı.

İş şərtləri

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.