-
Əmək haqqı
Danışıq əsasında
-
İş yeri
Bakı - Dərnəgül
-
Yerləşdirilib
23.12.2022
-
Son müraciət tarixi
20.01.2023
Vakansiya aktual deyil
Daxili nəzarət və risklər üzrə kiçik mütəxəssis
Maliyyə və audit
İşin təsviri
- Biznes və istehsal prosesləri ilə bağlı risklərin müəyyən edilməsində iştirak etmək;
- Əsas risk indikatorlarına dair məlumatları toplamaq və analizləri həyata keçirmək;
- Şirkətin daxili risklərinə və onların qabaqlayıcı tətbirlərinə dair modellərin hazırlanmasında dəstək olmaq;
- Risklərin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak etmək;
- Risklərin idarə edilməsi prosesində lazımi hesabatları tərtib etmək;
- Planlaşdırılmış audit prosedurlarını yerinə yetirmək;
- Məlumatları və əlavə sənədləri araşdıraraq daxili nəzarət mexanizmlərini yoxlamaq;
- Böyük həcmli məlumatları təhlil etmək bacarığını nümayiş etdirmək və analitik hesablama metodları ilə tanış olmaq;
- Anbar sayım prosesində iştirak etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat).
- Aidiyyəti istiqamət üzrə təcrübə.
- Böyük həcmli məlumatlar ilə işləmək bacarığı (excel, power bi).
- Mühasibat uçotu prinsipləri ilə tanış olmaq.
- Öyrənməyə həvəsli olmaq.
- Müstəqil işləməyi bacarmaq.
İş şərtləri
- İş qrafiki: 5 günlük iş həftəsi.
- Nahar şirkət tərəfindən təmin olunur.
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.